İbrahim Murad Bozla "Ayrılıq" oxudu VİDEO

İbrahim Murad Bozla "Ayrılıq" oxudu VİDEO

"O səs Türkiyə"nin növbəti buraxılışında Cənubi Azərbaycandan olan İbrahim Purkazemi səhnəyə çıxıb. SİA-nın məlumatına görə, yarışmaya Təbrizdən qatıldığını deyən İbrahim "Ayrılıq" mahnısınl ifa edərək münsiflərdən Ebru Gündeş, Murad Boz, Gökhan-Hakan Özoğuzu özünə tərəf döndərə bilib.
İbrahim Purkazemi mahnını ikinci dəfə müğənni Murad Bozla duet şəklində səsləndirib. Sonda həmyerlimiz Gökhan-Hakan qardaşlarını seçərək yarışmaya onların komandasında davam etmək istədiyini deyib.
Qeyd edək ki, TV8 telekanalına Acun İlicalının aparıcılığı ilə yayımlanan "O səs Türkiyə" yarışmasının münsiflər kürsüsündə müğənnilər E.Gündeş, M.Boz, Gökhan-Hakan qardaşları və Hadisə əyləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə