Müğənni intihar etdi FOTO

"Ankaralı Namık" adıyla tanınan 39 yaşlı sənətçi Namiq Uğurlu yaşadığı 7-ci mərtəbədən düşərək dünyasını dəyişib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Uğurlunun intihar etdiyini eşidən yaxınları və sevənləri hadisə yerinə gəliblər. Aparılan araşdırmadan sonra müğənninin intihar etdiyi öyrənilib.

Nəzərinizə çatdıraq ki, Namiq keçən ay həyat yoldaşı Nebahat Uğurlu ilə birgə avtomobil qəzasına düşmüşdü. Qəzadan sonra ifaçının onurğası əməliyyat olunmuşdu.

Qeyd edək ki, ifaçı, müstəqil millət vəkili olaraq siyasətə atılmaq istəyirdi. Sənətçi eyni zamanda "Eczacıspor" klubunun prezident köməkçisi idi.

Bütün xəbərlər Facebook səhifəmizdə