Elçin Məmmədli yenidən evlənir?

Aktyor Elçin Məmmədlinin yenidən ailə qurması ilə bağlı şayiələr dolaşır. Məsələ ilə əlaqədar olaraq aktyorun özü ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən Elçin xəbəri təkzib etdi: "Həyatımda heç kim yoxdur. Başım ancaq yaradıcılıq işlərinə qarışıb. Hazırda evlənmək haqqında qətiyyən düşünmürəm. Hələ ki, subayam".

Qeyd edək ki, Elçin Məmmədli iki dəfə ailəli olub və ikinci evliliyindən 1 qız övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə