Rəşad Nuri Güntəkinin "Yaprak dökümü" romanı əsasında 1967-ci ildə çəkilən filmin rejissoru Memhud Ün vəfat edib. SİA-nın Türkiyə mediasına istinadən məlumatına görə, aktrisa Fatma Girikin həyat yoldaşı, türk filminin böyük ustadlarından sayılan M.Ün Bodrumda 95 yaşında dünyasını dəyişib. Aktrisa xəbəri eşidən kimi ağlayaraq xəstəxanaya gəlib.
Qeyd edək ki, çoxlu filmdə yer almaqla yanaşı bəzilərinə rejissorluq da edib. Son olaraq 2005-ci ildə "Sinema bir dünyadır" filminin rejissorluğunu edib və aktyor kimi də çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB