Aparıcının başına iş gəldi

Aparıcı Ramin İbrahimov telefonunu itirib. SİA-nın məlumatına görə, Ramin onu tapan şəxsdən telefonunu qaytarmasını xahiş edib. Ramin sosial şəbəkədə həmin şəxsə ismarış göndərib: "Sentyabrın 17-də Nizami Kinoteatrında "Dabbe 6" filmini izləyərkən "iPhone 6" markalı telefonum itib. Telefonun qutusunu itirdiyimə görə İMEİ kodunu axtarışa verə bilmədim. Kim tapıbsa, vicdanlı insandırsa, qaytarsın. Əgər qaytarmaq istəmirsə, onsuz da, bu halda işlədə bilməyəcək. Bir yolla mənə müraciət etsin. Həm kişi kimi hallalığını alsın, həm də parolu verim ki, telefonu işlədə bilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə