Stilist Samiraldonun SİA-ya verdiyi müsahibəsini sizlərə təqdim edirik:
-Stilist olaraq bu il xanımlarımıza necə geyinməyi və hansı rənglərdən istifadə etmələrini məsləhət görərdiniz?
-Xanımlarımıza tövsiyyə edərdim ki, payız-qız kolleksiyalarını rəngli etsinlər. Daha çox sarı rəngli paltarlar geyinsinlər. Qızlarımız aksesuar seçimində də al-əlvan rənglərə üstünlük verə bilərlər. Xanımlarımız nə qədər rəngli geyinsələr, depresiya qurbanı olmazlar. Ancaq mən xeyli vaxtdır ki, qara rəngli paltarlardan istifadə edirəm. Buna səbəb depresiyada olmağımdır. Belə ki, Azərbaycan xalqı dəyərli sənətkarlarını, xalq artistləri İlham Əsgərovu, Habil Əliyevi, Nuriyyə Əhmədovanı itirdi. Bu üç insan mənim üçün çox önəmli idi. Allah onlara rəhmət eləsin!
- Şou-biznesdə baş verən hansı hadisə sizi depresiyaya sala bilər?
-Mən özümü əsla şou-biznesdə görmürəm. Onu da deyim ki, illər öncə Azərbaycana şou-biznesi xalq artisti Aygün Kazımova, müğənni Samir Bağırov gətirib. Hər iki sənətçi şou-biznesdə partlayışlar edib.
-Aygün Kazımova hazırda sənətdə olsa da, Samir Bağırov efirlərdən uzaqdır. İllər öncə Azərbaycan şou-biznesində çevriliş edən Samir Bağırov sizcə indi niyə gündəmdə yoxdur?
- Samir Bağırovun səhnədən uzaq düşməsi televiziya kanallarının günahıdır. Çünki bir çox verilişlərdə Samir haqqında əsası olmayan sujetlər hazırlandı. Ancaq mən Samirin dostu və prodüseri olaraq onu efirlərə çıxarmaq, yeni layihələrə imza atması üçün çalışırdım. Lakin telekanalların birində sözünün kəsəri, səsi və görünüşü olmayan müğənni Rəqsanə İsmayılova efirə çıxaraq Samirin şəxsi həyatı haqqında xoşagəlməz fikirlər səsləndirdi. Bağırovu yenidən depresiyaya saldı. Onun bu hərəkəti nəinki mənim, hətta Samirin də xoşuna gəlmədi. S.Bağırov onunla işbirliyi qurmalı idi. Həmin layihəyə görə, bir müddət bundan öncə Rəqsanə ilə Samir görüşmüşdü. Həmin görüşdən sonra Rəqsanə verilişlərin birində açıqlama verdi ki, Samir acından ölür, mən ona pul vermişəm və hansısa jurnalistin evində qalır. Rəqsanə bilsin ki, biz sənət adamları dost bildiyimiz jurnalistlərin evinə gedirik, onlar da bizə gəlirlər. Burda ayıb olan heçnə yoxdur. Rəqsanənin sadəcə olaraq reklama ehtiyyacı var idi. O, özünü reklam etmək üçün Samir Bağırovdan icazə almalı idi. Rəqsanə Samirin şərəf və ləyaqətini təhqir edib. Rəqsanə Samirdən olduqca qoca görünür. Mən bu sözləri onun özünə demək istədim. Lakin o, mənim zənglərimə cavab vermədi. Samir Rəqsanədən qonorar almadan onun mahnılarını oxuyacaqdı. Rəqsanə kimi adamın bəstəsini oxuduğuna görə o, Bağırova minnətdar olmalı idi. Çünki Rəqsanə bəstəkar deyil.
-Sizcə, insanlara məşhurların yaradıcılıqları yox, şəxsi həyatları niyə bu qədər maraqlıdır?
- Çünki heç kimə mənim işim lazım deyil.
-Röya fiklrinizcə, şou-biznesdə yenilik edib?
-Röya şou-biznesdə geyimi və musiqisi ilə çevriliş etdi. Hazırda şou-biznesimizdə Röyadan başqa yeniliklər edən yoxdur. Çünki Aygün Kazımova da artıq yeni kliplər çəkdirmir. Bəlkə də Aygün xanım nədənsə küsüb. Digər sənətçilər isə toy biznesi ilə məşğuldur.
-Sosial şəbəkələrdə ünvanınıza söyüşlər yazırlar. Bu sizə necə təsir edir?
-Saytlar mənim haqqımda xəbər yazaraq sosial şəbəkələrdə paylaşım edirlər. Bəziləri də mənimlə bağlı olan məlumata xoşagəlməz şərhlər yazır. Mən artıq təhqirlərə öyrəşmişəm. Müəllimlərim mənə öyrədib ki, tanımadığın insana nalayiq söz demək olmaz. Ona görə də məni təhqir edənlərə cavab vermirəm. Amma xüsusi ilə qeyd edim ki, heç kimə səlahiyyət verilməyib ki, kimisə təhqir etsin. Əgər mənim geyimim kimlərinsə xoşuna gəlmirsə, tənqid edə bilər. Tənqidi də ekspertlər edə bilər. Yoxsa, dəlixanadan çıxan biri necə mənə irad bildirə bilər? Onu da deyim ki, araşdırmışam mənə sosial şəbəkədə təhqir yazan insanların əksəriyyəti estrada müğənnilərdir. Estrada müğənniləri hansı haqla məni söyə bilərlər? Özlərinin çıxartmadıqları hoqqa yoxdur. Zaman gələcək həmin şəxslərin adlarını açıqlayacam. Sadəcə olaraq mədəniyyətim imkan vermir ki, onların eyiblərini üzlərinə vurum. Amma bilmirlər ki, məni əməkdar artistlərdən Nüşabə Ələsgərli, Almaz Ələsgərova, Aybəniz Haşımova, müğənni Nazənin çox sevir. Mənim də onlara böyük hörmətim var. Adlarını çəkdiyim 4 xanım restoranlarda stolların üstündə oynuya-oynuya müğənni olmayıblar. Həmin sənətçilər böyük sənətkarların məktəbini görüblər. Onlardan ünvanıma xoş sözlər eşidəndə şad oluram. Daha da peşəmi sevirəm.
-Adınız bir çox hallarda qalmaqallarda hallanır. Bu sizi narahat etmir?
-İstəmədən adım qalmaqallarda çəkilir. Amma mənim söz-söhbətim suni deyil. Amma şou-biznesin bir neçə nümayəndəsi var ki, gündəmdə qalmaq üçün "qalmaqal" edirlər. Hər şey təbii, səmimi olmalıdır. Səmimi olmayan insan heç vaxt qabağa gedə bilməz. Çünki efir tamaşaçılara hər şeyi dəqiqliyi ilə göstərir. Tamaşaçıları aldatmaq olmaz.
-Səmimi olaraq bizə hansı etirafı edə bilərsiz?
-Xalq artisti Nuriyyə Əhmədova dünyasını dəyişmədən bir neçə gün öncə onunla görüşüb, söhbət etdik. O, mənə öləcəyini dedi. Hətta söylədi ki, səhhətində ciddi problemləri var. Nuriyə xanımın vəfatı məni çox sarsıtmışdı . Onun ölümündən sonra meyxanaçı Samirə də mənə bu dünyadan köçəcəyini bildirdi. Nuriyə xanım vəfat etdikdən sonra Samirə xanımla əlaqə saxlayaraq özünə yaxşı baxmağını bildirdim. Hələ də mənə aydın deyil ki, hər iki xanım öləcəkləri barədə niyə məhz mənə deyirlər?
-Ölümdən qorxursuz?
-Heç vaxt qocalmaqdan qorxmamışam. Çünki həyatın hər üzünü görmüşəm. Hər dəqiqiə gözləyirəm ki, öləcəm. Mən bu dünyaya oyuncaq kimi baxıram. Ölümdən çox azad yaşadığım üçün yolumu azmağımdan qorxmuşam. Fikirləşmişəm ki, səhv addımlar atıb, həyatımı məhv edərəm. Allaha şükürlər olsun ki, Tanrı məni qorudu. Pis yola salmadı. Düzgün yolda addımlamağıma kömək etdi. Bu mənə Tanrının hədiyyəsidir.
-Həyatınızda elə bir şəxs varmı ki, onu itirməkdən qorxasız?
-Allaha şükürlər olsun ki kimisə itirmək qorxu hissini mənə verməyib. Çünki bildiyiniz kimi kimsəsiz uşaqlar evində böyümüşəm. Valideynlərim məni dünyaya gələndən sonra tərk ediblər. Xoşbəxtəm ki, atamı və anamı itirmək qorxusu ilə yaşamıram.
-Məşhurlaşandan sonra valideynləriniz sizi axtarıbmı?
-İstəmişəm anam və atamla görüşüm. Valideynlər bilməlidir ki, uşaqlar onlara Allahın əmanətidir. O əmanətə sahib çıxmaq lazımdır. Valideynlərim məni atdıqları üçün onları heç vaxt bağışlamaram. Onlar məni kimsəsiz qoyub gedərək, dünya boyda günah iş görüblər. Valideynlərim o onda məni öldürsəydilər, bəlkə də etdikləri günah sayılmazdı. Mən illərlə tək yaşayaraq bu həyatda işgəncələr gördüm. Mənim bu qədər əziyyət çəkməyimə səbəb anamla atamın mənə xeyir-dua verməməsindən irəli gəlir. Ona görə də mənim həyatım alt-üst oldu. Allah heç vaxt imkan verməyib ki, mən onları görüm. Əslində həyatdan küsmürəm. Talehimlə barışıram.
-Hansı əziyyətlər çəkmisiz?
-Hazırda kimsəsiz uşaqlar evində yaşayan uşaqlar əziyyət çəkmir. Çünki onlara baxan azərbaycanlılardır. Ancaq mən uşaqlar evində böyüyəndə rus və erməni qadınların nəzarəti altında olmuşam.
Müsahibənin sonunda fotokameramızın önünə keçən stilistin yeni fotosessiyasını təqdim edirik:
Fotolar müəllifə məxsusdur:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB