Bəstəkar-müğənni Nazim Məmmədov yeniliklərindən söz açıb. SİA-ya açıqlama verən bəstəkar böyük layihə üzərində çalışdığını deyib: "Məhərrəmlik ayı ilə əlaqədar olaraq musiqisi mənə məxsus olan Aqşin Fateh və Şəhriyarla mahnı üzərində çalışmışıq. Bəstə Həzrəti Hüseyn haqqındadır. Həmin mahnıya 10 dəqiqəlik qısametrajlı video rolik hazırladıq. Həmin videonu internet saytlarında paylaşdıqdan sonra qərara gəldik ki, film çəkək. Ekran işini rejissor Faiq Kərimoğlu lentə alır. Filmdə xalq artisti Rasim Balayev kimi sənətkar rol alıb. Onunla yanaşı ekran işində tanınmış və bacarıqlı aktyorlar oynayıb. Film tezliklə tamaşaçıların ixtiyarına veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB