Model-aktrisa-aparıcı Çağla Şıkel jurnalistlərin fotokameralarına tuş gəlib. SİA-nın verdiyi xəbərə görə, aparıcı xanımın yanında oğlanları Kuzey və Uzay da olub. Media mənsublarının suallarını cavablandıran aktrisa bunları deyib: "Bildiyiniz kimi işlərim çoxdur. Ancaq boş vaxtım olan kimi övladlarımla keçirdirəm".
Junlalistlərin suallarını cavablandırdıqdan sonra aktrisa övladları ilə alış-veriş edərək, parka gedib.
Qeyd edək ki, Çağla Şıkel 2008-ci ildə müğənni Emre Altuğla ailə qurmuşdu. 7 illik evlilikdən sonra cütlük bu il ayrılıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB