Ötən həftə dünyasını dəyişən xalq artisti Nuriyyə Əhmədovanın son fotoları təqdim olunub. SİA-nın məlumatına görə, fotolar aktrisanın bacısı Maya xanımın evində çəkilib. Ölümündən bir neçə gün öncə o, bacısıgilə danışıb. Ona qədər isə aktrisa sənət dostu, ağır günlərində onu tək qoymayan Nahidə Orucovanın evində kirayəşin kimi yaşayıb. Evdə təmir işləri getdiyindən, o, kiçik oğlu Faiqlə birgə müvəqqəti bacısının evinə getmişdi. Aktrisa fotoları çəkilən zaman kövrəlib və bunları deyib:"İnanın Allaha bu cür yaşayışdan daha bezmişəm. Nə qədər olar axı...(kövrəlir). Evim olsaydı övladlarımı qoruya bilərdim, onları ölməyə qoymazdım. Amma bunu bacarmadım. Oğlum Faiqə görə çox utanıram. Özümə gün ağlaya bilmədim, heç olmasa ona bir gün ağlayım. Mənim onsuz da ömrümün yarıdan çoxu gedib. İstəmirəm öləndə meyitim kiminsə evindən çıxsın" - deyə, aktrisa bildirmişdi.
Amma Nuriyyə xanım özünü də qoruya bilmədi. İnfarkt keçirən xalq artisti 66 yaşında dünyadan köçdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB