Səhnəmizin gözəl aktrisasından yeni FOTOLAYİHƏ

Səhnəmizin gözəl aktrisasından yeni FOTOLAYİHƏ

Aktrisa Pərvin Abıyevanın yeni fotolayihəsi ərsəyə gəlir. SİA-nın məlumatına görə, incəbel aktrisanın fotolarını peşəkar fotoqraf Niko Abbasov lentə alır. Pərvin Abıyeva bildirib ki, yeni fotosessiyası tezliklə təqdim ediləcək. Çəkisindən söz salan Pərvin 56 kilo olduğunu bildirdi. Aktrisa incəbel olmaq istəyən xanımlara tövsiyəsini də unutmadı: "Əgər incə olmaq arzusundasınızsa, tək çarəsi iradəli olmaq, nəfsinizi tutmaq və idmanla məşğul olmaqdır. Hərçənd ki Azərbaycanda hər bir xanım gözəldir, amma daha da gözəl ola bilərik. Mən 1 il öncəyə kimi dolu olmuşam. İndi belə özümü çox arıq saymıram. Amma əvvəlkindən 7 kilo arığam və hazırda 56 kiloyam".

Səhnəmizin incəbel aktrisasından yeni - Fotolayihə

Bütün xəbərlər Facebook səhifəmizdə