Türkiyədən qayıdan rejissor danışdı

Türkiyədən qayıdan rejissor danışdı

Əməkdar incəsənət xadimi, rejissor Əbdül Mahmudbəyovun səhhətində problem yaranıb. SİA-ya açıqlama verən Şeyx Əbdül vəziyyəti haqqında bunları deyib: "Mədəmdəki ciddi problemlərə görə, Türkiyəyə getmişdim. Orada müalicə olundum. Bir neçə gün olar ki, qardaş ölkədən qayıtmışam. Hazırda özümü normal hiss edirəm. Müalicəmi ev şəraitində davam etdirirəm. Bəzən ağrılarım olur. Əgər müalicə kömək etməsə, əməliyyat olunacağam".

Qeyd edək ki, rejissora həkimlər noyabr-dekabr aylarında əməliyyat olunmasını məsləhət görüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə