Türkan Şoray kişiləşir?

Türk kinosunun "Sultan"ı Türkan Şoray qeyri-adi xəstəliyə tutulub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə Metabolik Cərrahiyyə Vəqfinin gecəsinə qatılan aktrisa özü ilə bağlı gözlənilməz açıqlama ilə çıxış edib. T.Şoray bir vaxtlar Sezen Aksunun da tutulduğu nadir "cushing" sindromuna yaxalandığını deyib. O, bu xəstəliklə bir ildir ki, mübarizə apardığını söyləyib: "Cushing ölkəmizdə bir o qədər də bilinən xəstəlik deyil. Nadir xəstəlik gəlib məni tapdı".

Qeyd edək ki, "cushing" sindromu qadınlarda kişiləşməyə meyllilik, kökəlmə, qan təzyiqinin artması şəklində özünü büruzə verən xəstəlikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə