“My name is İntiqam 2 -Moldova”nın qala gecəsi keçiriləcək

“My name is İntiqam 2 -Moldova”nın qala gecəsi keçiriləcək

Nizami Kino Mərkəzində "My name is İntiqam 2 -Moldova" filminin qala gecəsi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, filmin prodüseri və baş rolun ifaçısı Müşviq Şahverdiyev bu filmdən daha çox uğurlu nəticə gözlədiklərini söyləyir.

Birinci filmdə bir milyon pul qazanan İntiqam, ikinci hissədə o pulu götürüb Moldovanın paytaxtı Kişinyova şəhər meriyasının meri olmaq üçün namizədliyini irəli sürməyə gedir. İntiqam və dostlarının Moldova sərgüzəştləri partlayış edəcək.

Birinci hissədə oynayan ən sevilən personajlar filmdə yenidən rol alıblar. Filmdə aktyorlar Müşviq Şahverdiyev, İlkin Misgərli, Ənvər Abbasov, Niftulla Əsgərov və Moldoviyanın komediya ustası İon Mocano çəkilib.

Nəzərinizə çatdıraq ki, rejissor İlham Yaşaroğlunun komediya janrında çəkdiyi "My name is İntiqam2 -Moldova" filminin ideya müəllifi Fariz Əliyevdir.

Qeyd edək ki, qala gecəsinə Moldovadakı həmkarlar da dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə