Namiq Qaraçuxurlunun toyundan FOTOLAR

Meyxanaçı Namiq Qaraçuxurlunun toyu baş tutub. SİA-nın məlumatına görə, sənətçinin toyu mediaya qapalı olub. Gecəni aparıcı Nəsib Nur və əməkdar artist Abbas Bağırov idarə edib.

Namiq jurnalistlərə açıqlamasında qadın və kişi məclisinin ayrı olacağını, sənət dostlarından bəzilərini məclisinə dəvət edəcəyini söyləyib: "Sənət dostlarımdan bəzilərini toya çağırmayacam. Neçə ildir sənətdəyəm. Əksəriyyətinin xoş günündə iştirak etmişəm. Eləsi var ki, toyuna çağırmayıb. Onları mən də dəvət etməyəcəm. Toydan sonra bal ayına gedəcəm. Bu yay dincəlməmişəm. Bir neçə isti ölkəyə gedəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə