Braziliyalı model Adriana Lima reklam çarxlarının birində rol alıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, gözəl qalmasının səbəblərini açıqlayıb: "Səhərlər saat 7-də duş qəbul etdikdən sonra üzümə nəmləndirici kremlər vururam. Dodaqlarıma görə balzamdan istifadə edirəm. Səhərlər kosmetikadan o qədər də istifadə etmirəm. Amma gözəl dərinin düzgün qidaya da ehtiyacı var. Səhərlər yulaf yarması, yumurta ağı, meyvələr yeyirəm. Stolumun üstündə kofe mütləq olmalıdır. Bundan sonra uşaqlarımla məşğul olmağa başlayıram, daha sonra isə boks zalına gedirəm. Bu idman növü ilə 19 yaşımdan bəri məşğulam. 6 yaşım olanda ilk dəfə boks haqda eşitdim. Anamın rəfiqəsi mənə boks əlcəklərini göstərmişdi. Düşünürdüm ki, bundan yaxşı heç bir şey yoxdur. Bu gün qadınların boksa çox meyl etməsi məni sevindirir. Bir çoxları bu idmanı zorakılıq kimi qiymətləndirsə də, mənə görə boks sürətin, dözümün məşqidir. Boksla məşğul olan insan özünü həyatda toparlanmış kimi hiss etdir".
(2).jpg)
(2).jpg)
(2).jpg)
(2).jpg)
(2).jpg)
(2).jpg)
(3).jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB