Vitiliqo xəstəliyinə yoluxmağına baxmayaraq, sənətini davam etdirən məşhur model Şantel Braun-Yanq (Vinnio Herlou) İstanbulda keçirilən "Forum Fashion Week" çərçivəsində podiuma çıxıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, model bədənindəki ləkələr haqda da danışıb: "Uzun illər öncə bədənimdəki ləkələrlə barışdım və özümü daha çox sevməyə başladım. 4 yaşımda həkim mənə Maykl Ceksonun da yoluxduğu bu xəstəliyin diaqnozunu qoyub. Məktəbdə dostlarım mənə çox lağ edərdilər. Lağ etdikləri üçün təhsili yarıda buraxıb, məktəbdən çıxdım. Özümə qapanmadım. Gözəl üzüm və bədənim var idi. Sosial şəbəkələrdə fotolarımı paylaşmağa başladım və Tayra Benks məni öz şousuna dəvət etdi və beləliklə karyeramda addımlar atmağa başladım. Bu il Nyu-York moda həftəsində artıq podiumdaydım. Qüsurlarla da gözəl olmağın mümkünlüyünü hər kəsə sübut etdim".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB