Tanınmış aktyor vəfat etdi

Türkiyənin məşhur aktyoru Levent Kırca dünyasını dəyişib. SİA-nın məlumatına görə, aktyorun ölüm xəbərini alan ailəsi və yaxınları, sevənləri sənətçinin müalicə aldığı Mərmərə Universiteti Təhsil və Araşdırma xəstəxanasına gəliblər.

Bu gecə vəfat edən L.Kırca iki gün əvvəl mükafat aldığı bir tədbir üçün yazdığı məktubunda belə qeyd etmişdi: "Dik durun, ədalətli, səbrli olun. Daha yaxşı dünyada görüşmək ümidi ilə. Atatürklə qalın, cümhuriyyət ilə qalın".

Nəzərinizə çatdıraq ki, 67 yaşlı aktyor bir müddətdir qaraciyər xərçəngindən müalicə alırdı.

Qeyd edək ki, 1964-cü ildən səhnədə olan Kırca bir çox film, tamaşa və serialda yer alıb, bir neçə filmin rejissorluğunu edib.


Bütün xəbərlər Facebook səhifəmizdə