Türkiyəli müğənni, rejissor Mahsun Kırmızıgülə səhnəyə çıxması üçün 450 min manat azərbaycanlı milyarder təklif edib. SİA-nın verdiyi xəbərə görə, sənətçi lakin təklifi rədd edib. Müğənni kimi aldığı təkliflərin heç birini qəbul etməyən aktyor bu yaxınlarda isə 1,2 milyonluq təklif aldığını etiraf edib.
Rusiyada yaşayan azərbaycanlı iş adamı ona səhnədə iki saat ifası üçün təklif göndərib. M.Kırmızıgül qəbul etməməyinin səbəbini belə açıqlayıb:"Bir gün səhnəyə dönməli olsam, bu xalq konsertiylə baş tutar. Əmin olun ki, məqsədim daha çox pul qazanmaq olsaydı mahnı oxumağa davam edərdim".
Qeyd edək ki, son olaraq ssenarisini, rejissorluğunu və baş rol ifaçılığını Mahsunun özü etdiyi "Möcüzə" filmi 4 milyona yaxın insan tərəfindən izlənilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB