"Azərbaycan gözəli" yarışmasının final gecəsi və "İlin Favoriti" Milli Mükafatlanının təqdim olunma mərasiminin vaxtı bəlli olub. SİA-ya təşkilat komitəsindən verilən məlumata görə, həm "Azərbaycan gözəli" yarışmasının final gecəsi, həm də "İlin Favoriti" Milli Mükafatlanının təqdim olunma mərasimi eyni gündə 31 oktyabr tarixində məkanların birində baş tutacaq.
Qeyd edək ki, "Azərbaycan gözəli" yarışmasına bu ilin fevral ayında start verilib və bir neçe mərhələdən sonra artıq 9 nəfər iştirakçı finala çıxıb. "İlin Favoriti" Milli Mükafatı 2012-ci ildə "Şou Prodakşn" tərəfindən təsis olunub. Mükafatın təsis olunmasında məqsəd hər il öz fəaliyyət sahəsində fərqlənən şou-biznes nümayəndələrini, maqazin verlişlərini, sayt və internet portallarını, TV, şou-biznes yazarlarını, aparıcıları, modelyerləri, modelləri və s. müəyyən etmək və onları ictimaiyyətə tanıtdırmaqla fəaliyyətlərini qiymətləndirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB