Türkiyədə fəaliyyət göstərən azərbaycanlı dizayner Rüfət İsmayıl oktyabrın 14-də "Yaz-Yay 2016" kolleksiyasını İstanbulda nümayiş etdirəcək. SİA-nın məlumatına görə, "Fashion Week" çərçivəsində keçirilən gecəyə Türkiyənin tanınmışları Gülşən, Ozan Çolakoğlu, Pamir Pekin,, Ozge Ulusoy və Türkiyənin "Eurovision-2012" təmsilçisi Can Bonomo, da fəxri qonaq kimi dəvət olunub:"Bu şahanə bir tədbir olacaq, dünyanın bir çox məşhur dizaynerləri bu tədbirə qatılacaq. Dəfilə zamanı Ozan Colakoğlu və Can Bonomo ifa edəcək".
Qeyd edək ki, R. İsmayıl kolleksiyaları bu günə qədər İtaliyada, İranda, Türkiyədə və BƏƏ-də nümayiş olunub.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB