Məşhurların "İnstagram" hoqqaları VİDEO

Məşhurların "İnstagram" hoqqaları VİDEO

"Məni bu stula heç kim oturda bilməzdi deyə düşünürdüm..." Dişini çəkdirməyə gedən ulduz futbolçu Arda Turan diş həkimlərindən nə dərəcədə qorxduğunu bu sözlərlə dilə gətirib.

Dünya şöhrətli müğənni Madonna konsert zamanı çəkilən fotosunu paylaşaraq instagram izləyicilərini salamlayıb.

"Yenə yalnız səyahət edirəm" deyərək şikayətlənən futbolçu Kriştiano Ronaldo deyəsən təklikdən artıq təngə gəlib.

Kolumbiyalı pop ulduz Şakira isə öz "İnstagram" səhifəsində konsertlərin birində futbolçu həyat yoldaşı Jerar Pike ilə çəkilən fotosunu paylaşaraq, "çox xoşbəxtik" mesajı verib.

Boş vaxt tapan kimi oğlu ilə gəzintiyə çıxan türkiyəli aktrisa Nurgul Yeşilçay elə bu gəzintilərdən biri zamanı çəkilən fotosu ilə izləyiciləri salamlayıb.

Bu günlərdə velosiped gəzintisi zamanı çəkilən fotosunu paylaşan Türkiyənin tanınmış və sevilən aktyoru Çağatay Ulusoy bu dəfə skeyt üzərində bacarığını nümayiş etdirib. Deyəsən aktyor bu fotolarla hər kəsə "idman-idman yenə də idman" mesajı vermək istəyir.

Türkiyənin daha bir sevilən siması Fahriye Evcen isə "günəşli günə günaydın" şərhi ilə bağ istirahəti zamanı çəkilən fotosunu paylaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə