Məşhur Hollivud aktyoru Bred Pitt 1982-ci ildə Missusiri ştatında yerləşən universitetlərdən birində jurnalistika fakültəsinə daxil olur. Lakin universitetdən məzun olmağına 15 gün qalmış oranı tərk edərək Los-Ancelesə aktyor olma xəyallarını gerçəkləşdirməyə gəlir. Atdığı addımdan zərrə qədər də peşimançılıq duymadığını deyən aktyor, özünü başqa peşədə təsəvvür etmədiyini deyir.
Dünyaşöhrətli aktyor Corc Kluni də həmkarı Bred Pitt kimi jurnalistika üzrə təhsil alsa da, heç vaxt o sahədə fəaliyyət göstərməyib.
Adını model biznesinə qızıl hərflərlə yazdıran Sindi Krouford universitet təhsilini yarımçıq qoyub xəyallarının ardınca gedən məşhurlardandır. Dərslərini çox yaxşı oxuyub əla qiymətlərlə bitirən Sindi ən yüksək balla İllinoysun ən yaxşı universitetilərindən birinə kimya mühəndisliyi fakültəsinə daxil olur. Universitetdə o qədər yaxşı oxuyur ki, ona təqaüd verirlər. Lakin təhsilini 1 ildən artıq davam etdirmir və model olmaq qərarına gəlir.
Daha çox Mister Bin obrazı ilə məşhurlaşan aktyor Roven Atkinson. Karyerasını ixtisası üzrə davam etməyən məşhurlar sırasında onun da adı var. Elektrik mühəndisliyi fakültəsini bitirən aktyor hətta bu sahədə magistr təhsili belə alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB