Aktyor Emre Kızılırmak şəxsi həyatından söz açıb. SİA-nın verdiyi xəbərə görə, aktyor həyat yoldaşı barədə maraqlı açıqlama verib: "Bu vaxtadək həyat yoldaşımla oynadığım filmlərə görə, problemlərim olmayıb və ssenarilərdə baş verən hadisələrin heç birinə qadağa qoymayıb. Xanımımın fikirlərinə dəyər verirəm".
Aktyor valideynlərindən də bəhs edib: "Atam sivaslı, anam isə samsunludur. Valideynlərim Ankarada universitetdə oxuyarkən ailə qurublar. Atam idman müəllimidir. Onu da deyim ki, mən Ankarada dünyaya gəlmişəm. Eskişehir universitetində təhsil almışam. 6 yaşından basketbol oynamağa başlamışam. İdmanla yanaşı musiqi ilə də məşğul olmuşam. Gitara çalmağı öyrənmişdim. Qrupumuz vardı. Məktəbdəki şənliklərə qatılırdıq. Həmin günlər üçün çox darıxıram".








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB