Ebru Gündeş boşanmır

Müğənni Ebru Gündeş həyat yoldaşı Rza Zərrabdan boşanacağı barədə yayılan xəbərlərə münasibət bildirib. SİA-nın verdiyi xəbərə görə, Gündeşin həmkarı və rəfiqəsi Lerzan Mutlu Beyaz TV-də yayımlanan "Söylemezsem olmaz" proqramında bunları söyləyib: "Ebru ötən gecə saat 11 radələrində mənə zəng edib dedi ki, "Sosial şəbəkədə hər kəs mənim haqqımda yazır, amma üzümdə heç nə yoxdur. Qaşlarımı köhnə halına qaytarmışıq. Saçımda isə qaynaq var. Boşanacağımız xəbərləri də yalandır"".

Daha sonra Lerzan Mutlu "Ebru Gündeş mənim ən yaxın rəfiqəmdir, belə bir şey olsa idi, bunu ilk mən bilərdim"- deyə, sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə