Xalq artisti Faiq Ağayevin tələbəsi, gənc müğənni Etibar Alıyev "Yalvarıram" adlı mahnısına çəkdirdiyi klipi təqdim edib. SİA-nın verdiyi xəbərə görə, xalq artisti tələbəsi haqda müsbət fikirlər bildirib: "Etibar çox istedadlıdır. Mən sevinirəm ki, onun ilk addımları belə maraq doğurur. Onu da deyim ki. Etibar mənimlə duet oxumaq arzusundadır. Lakin mən duet haqqında fikir bildirə bilmərəm. Amma gələcək kliplərinin ssenarisini bəyənsəm, məmnuniyyətlə aktyor qismində çəkilərəm".
Nəzərinizə çatdıraq ki, klipin rejissoru Orxan Hüseynliyə, sözləri və musiqisi Elvin Mirzəzadəyə, aranjemanı isə Ramal Rəsula aiddir.
Qeyd edək ki, xalq artisti ilə müğənnnin tanışlığı "Sehrli pərdə" layihə çərçivəsində mümkün olub. "Cənab qızıl şlyaqer" o zaman münsif qismində, Etibar Alıyev isə iştirakçı qismində yarışa qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB