Müğənni İzzət Bağırov yeni təqdim etdiyi "Yaradanım" adlı mahnısına klip çəkdirir. SİA-ya bu haqda ifaçının özü məlumat verib: "Klip çəkilişimiz artıq başlayıb. İnşallah uğurlu olacaq. Ekran işi bir neçə məkanda lentə alınacaq. Şamaxı rayonunda çəkilişlərimiz olacaq. Süjet xətti özümə aiddir. İlk çəkilişlər İçərişəhərdə cümə məscidində aparılıb. Bu klipi Allaha xatir çəkirik. Ekran işində dostum, bəstəkar Hacı Nazim də iştirak edir. Onu bütün mömin bacı və qardaşlarımıza hədiyyə edirəm. Ekran işində əziyyəti keçən bütün yaradıcı heyətə təşəkkürlər. Tam fərqli bir mövzuda İzzəti görəcəksiniz".
Qeyd edək ki, mahnının sözləri sözləri Elşən Xəzərə, musiqisi Hacı Nazimə məxsusdur.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB