Sənətçinin həyat yoldaşı 15 ildən sonra ortaya çıxdı FOTOLAR
Müğənni Sibel Canın Hakan Uralla boşanmasına səbəb olduğu deyilən model Karahan Çantay 15 il sonra ortaya çıxıb. SİA-nın məlumatına görə, paparassilərin obyektivinə düşən Karahan "məni necə tanıdınız? 15 ildir bir fotom da mediada çıxmayıb" deyərək təəccüblənib. O, jurnalistlərin suallarını cavablandırsa da, daha geniş müsahibə vermədən boyun qaçırıb: "ABŞ-da yaşayıram. Ən məşhur vaxtımda işimi buraxıb getmək məcburiyyətində qaldım. Vaxtı gələndə hər şeyi danışacağam".
Nəzərinizə çatdıraq ki, Çantay tələbə olduğu vaxtda "Mister Turkey 95"ə qatılaraq ölkənin ilk "ən yaraşıqlı kişi"si seçilmişdi. Sibel Can qələbə tacını Karahanın başına taxarkən onunla tanış olub sona klipində iştirak üçün dəvət etmişdi. Türkiyənin ən tanınmış modelinə çevrilən Karahan qısa müddətdə S.Canın, Bülent Ersoyun kliplərində və bir neçə reklamda çəkilmişdi.
Qeyd edək ki, daha sonra mediada onun S.Canla görüşdüyü xəbərləri yayılmışdı. Bu haqda əriylə bir yerdə mətbuat konfransı keçirən müğənni jurnalistlərin qarşısında göz yaşlarını tuta bilməmişdi. 1999-cu ildə Sibel Can 11 illik həyat yoldaşından ayrılaraq Sülhi Aksütlə ailə qurub. 2000-ci ildə isə Karahan Çantay ölkəni tərk edib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB