Türkiyəli rejissor: "Azərbaycanda çəkilən film 45 günə hazır olacaq" MÜSAHİBƏ
Azərbaycan və türkiyəli aktyorlarının birgə rol aldığı "Bir ovuc sonsuzluq" filminin çəkilişləri artıq başa çatıb. Azərbaycanda ilk dəfə film çəkən rejissor və ssenarist Battal Qazi Karabulak SİA-ya müsahibə verib.
- Bu film sizin Azərbaycandakı ilk böyük layihənizdir. Çəkilişlərdən razı qaldınızmı?
- Möhtəşəm bir film ərsəyə gəldi. Çəkiliş çox keyfiyyətli, aktyorlar əla idi. Azərbaycanda ilk işim olduğu doğrudur. Hər bir layihədə müəyyən problemlər yaşanır. Əsas olan isə nəticədir ki, o da yaxşı alındı.
- Tamaşaçıları necə film gözləyir?
- Mən ssenarist və rejissor olaraq hər səhnədə monitor arxasında ağladımsa, bu o deməkdir ki, tamaşaçını mükəmməl film gözləyir.
- Bildiyimizə görə, film Türkiyədə montaj olunacaq. Filmi nə zaman tamaşaçılara təqdim etməyi düşünürsünüz?
- Hazırda filmin montaj işləri qalıb. Bəli, montaj və digər proseslər Türkiyədə həyata keçiriləcək. Filmimiz 45 gün ərzində hazır olacaq.
- Filmdə çalışdığınız aktyorlarla yenidən işbirliyi qurmaq fikriniz varmı?
- Uyğun layihə olarsa, eyni aktyorlarla yenidən çalışaram.
- Hansı aktyorun oyununa valeh oldunuz?
- Bütün aktyorların işini bəyəndim, hamısı öz obrazının öhdəsindən layiqincə gəldi. Amma tək bir ad istəyirsizsə, Günay Əhmədi vurğulaya bilərəm.
- Filmdə "Kurtlar Vadisi" serialından tanıdığımızı peşəkar aktyor Səlçuk Özər də rol alıb. Aktyorun çəkiliş zamanı hər hansısa kaprizləri oldumu?
- Səlçuk Özər çox peşəkar aktyor, kaprizsiz adamdır. Onunla çalışmaq zövq verdi. Səlçuk Özərin bu layihədə yer almağı filmimizin keyfiyyətini daha da yüksəltdi
- Səlçuk Özər Azərbaycan tamaşaçısının qarşısına hansı obrazla çıxacaq?
- O, çox qayğıkeş, sevilən və dünyagörüşlü bir xarakter olaraq ekran işində rol alıb.
- Çəkilişlər zamanı hansı problemlər yaşandı?
- Çəkiliş etdiyimiz maşın xarab oldu. Bütün heyət maşını itələyərək çəkilişi başa çatdırdıq. Aktrisalardan xəstələnənlər oldu. Hətta bir aktrisamız Nərgiz Əliyeva yıxılaraq ayağından zədə də aldı. Gözə, nəzərə gəldik. Bütün bunlara baxmayaraq, işi sona qədər uğurla bitirə bildik.
- Bəs, çəkiliş zamanı hansı gülməli hadisələr yaşandı?
- Çəkiliş prossesi çox əyləncəli keçdi. Gülməli və maraqlı hadisələr həddən artıq çox idi. Hansı birini danışım bilmirəm. Həmin anları kamera arxası görüntülər olaraq paylaşacağıq.
.jpg)
.jpg)
.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB