Aparıcı Emin Musəviyə yeni vəzifə verilib. SİA-nın verdiyi xəbərə görə, aparıcı bundan sonra "ASAN FM" radiosunun rəhbəri vəzifəsində çalışacaq: "Aldığım təklifə böyük məmnuniyyətlə razılıq verdim. Beləliklə, bundan sonra "ASAN FM" radiosunun rəhbəri vəzifəsində çalışacam. Hazırda texniki məsələlər üzərində iş gedir. "ASAN xidmət" in öz fəaliyyətində rəhbər tutduğu şəffaflıq prinsipinə qoşularaq vurğulamaq istəyirəm ki, "ASAN FM"də çalışacaq peşəkar və gənc kadrlar öz bilik və bacarıqlarına uyğun seçiləcəklər. Əminəm ki, "ASAN xidmət" kimi "ASAN FM" də qısa müddət ərzində xalqımızın rəğbətini qazanacaq və sevilən radioya çevriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB