Tolik yalanı üzə çıxardı "O jurnalist deyil, salonlara şampun satandır"
Xəbər verdiyimiz kimi müğənni Günay İbrahimlinin imza günü keçirilib. SİA-nın verdiyi xəbərə görə, G.İbrahimlinin mətbuat xidmətindən yayılan açıqlamada bildirilir ki, həmin gün İraqdan gələn jurnalist Muhammed Nasir müğənnidən müsahibə alıb.
Prodüser Tarix Əliyev (Tolik) bununla bağlı sosial şəbəkədə inanılmaz açıqlama yayıb. O bildirib ki, həmin şəxs əslində jurnalist deyil, Bakıda müxtəlif əşyaların satışı ilə məşğul olan şəxsdir: "İraqda müharibə gedir. O, jurnalist deyil, salonlara şampun satandır. Sizi aldadıblar. Günayın belə reklama ehtiyacı yoxdur, ən azından sənəti var. İnşallah, bu yaxınlarda yenə yanıma gələr, şəkil çəkdirib paylaşaram. Şampun, ətir, saç aksessuarları satan qardaşımızdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB