"Azərbaycan gözəli" bəlli oldu

"Azərbaycan gözəli" yarışmasının iştirakçıları və həmin yarışmanı səbirsizliklə gözləyənlər, bu ay yarışmaya yekun vurulacaq və qaliblər müəyyənləşəcək. SİA-nın verdiyi xəbərə görə, həmçinin eyni məkanda və eyni gündə "İlin Favoriti" mükafatlandırma mərasiminin də keçirilməsi nəzərdə tutulub. Yəni "Azərbaycan gözəli" yarışmasının qaliblərinin müəyyənləşməsi və "İlin Favoriti" Milli Mükafatlanının təqdim olunma mərasimi birlikdə keçiriləcək. "İlin Favoriti" Milli Mükafatı 2012-ci ildə "Şou Prodakşn" tərəfindən təsis olunub. Mükafatın təsis olunmasında məqsəd hər il öz fəaliyyət sahəsində fərqlənən şou-biznes nümayəndələrini, maqazin verlişlərini, sayt və internet portallarını, TV, şou-biznes yazarlarını, aparıcıları, modelyerləri, modelləri və s. müəyyən etmək və onları ictimaiyyətə tanıtdırmaqla fəaliyyətlərini qiymətləndirməkdir. Eyni zamanda, onlara simvolik olaraq "İlin Favoriti" Milli Mükafatı təqdim etməklə gələcəkdə bu istiqamətdə əməli fəaliyyətlərini daha da stimullaşdırmaq və onların hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasını vurğulamaqdır. "İlin Favoriti" Milli Mükafatı növbəti dəfə öz sahiblərinə bu ilin oktyabr ayında təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə