Aygün: "Elə hoqqa yoxdur ki, ondan çıxmayım" VİDEO

Aygün: "Elə hoqqa yoxdur ki, ondan çıxmayım" VİDEO

Xalq artisti Aygün Kazımova "Onlar" verilişinə açıqlama verib. SİA-nın məlumatına görə, müğənni yeni imicindən bəhs edib.

Aygün Kazımova ünvanına deyilən, "Özünü Ledi Qaqaya və Niki Minaja bənzədir" iddialarına cavab verib: "İlk dəfə 2001-ci ildə saçlarımı göy rəngə boyamışdım. Ona görə də mən özümü dünya ulduzlarına bənzətmirəm. Bu il çəhrayı, yaşıl, göy rəng dəbdir. Saçları belə rəngə boyamaq isə əsl risk idi. Hər adam bunu daşıya bilməz. Seçilən ulduzlar belə rəngə boyaya bilər. Elə bir hoqqa yoxdur ki, ondan çıxmayım. Evdə oturmuşdum, düşündüm və saçımı belə rəngə boyamaq qərarına gəldim. Ustaya deyəndə, riskli olduğunu bildirdi. Həmin an dedim ki, mütləq belə olacaq. Axı riski sevirəm".


Bütün xəbərlər Facebook səhifəmizdə