Məşhur aktrisa vəfat etdi

Teatr, film və serial aktrisası Tomris İncer vəfat edib. SİA-nın məlumatına görə, T.İncerin ölüm xəbərini həmkarı Levent Kazak Tvitterdə yazıb: "Böyük bir ustadı itirdik. O, səhnəyə, səhnə də ona aşiq idi. Gülə-gülə".

Qeyd edək ki, xərçəng xəstəliyindən müalicə alan 67 yaşlı aktrisa xəstəxanadan sevənləri üçün video da yayımlamışdı. Sənətçiyə sosial şəbəkələrdə dəstək mesajları gəldiyi zamanda çəkildiyi "Min bir gecə" serialını Argentinada izləyən fanatlarından da sevgi məktubları gəlmişdi.

Xatırladaq ki, T.İncer 2006-cı ildə "Min bir gecə", 2010-cu ildə "Aşk və cəza" seriallarına çəkilib. 1948-ci ildə anadan olan aktrisa bir çox film və seriallarda rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə