Aktrisa-model Nefise Karatayın həyat yoldaşı, iş adamı Yusuf Dayla dostu Erol Özmandıracanın xanımlarına xəyanəti onlara baha başa gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu yaxınlarda yaxta gəzintisinə çıxan dostlar Türkiyənin adı bir çox qalmaqalda hallanan məşhur əkiz bacıları Esra-Ceyda Ərsoyla birlikdə görüntülənmişdilər.
Yusufla Erolun "seksual gözəllər"lə səmimi fotoları çəkilmiş, lakin daha sonra aktrisanın əri açıqlamasında həyat yoldaşlarına xəyanət etmədiklərini, sadəcə onları qonaq etdiklərini bildirmişdilər. Y.Day N.Karatay tərəfindən qəbul edilsə də, dostu bir o qədər də şanslı olmayıb.
Belə ki, R.Özmandıracı ilə yoqa müəllimi olan xanımı Ceylin Altunç boşanırlar. C.Altunç artıq məhkəməyə ərizə yazıb. Cütlük ayrı-ayrı evlərdə yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB