Çağatay Ulusoy və Leyla Lydia Tuğutlunun baş rolları paylaşdığı "Delibal" filminin ilk treyleri artıq təqdim edilib. SİA-nın verdiyi xəbərə görə, Sezen Aksu film üçün mahnı yazıb. "Mutlu sonsuz" adlanan bəstəni filmdə Çağatay özü oxuyub. O, bu dəfə özünü aktyorluqla yanaşı musiqiçi kimi də sınayıb.
Qeyd edək ki, "Ay Yapım"ın çəkdiyi ekran işi Barış və Füsun adlı tələbələrin sevgisi haqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB