Yaşar Cəlilov: “Röyanı sevirəm” MÜSAHİBƏ

Yaşar Cəlilov: “Röyanı sevirəm” MÜSAHİBƏ

Müğənni Yaşar Cəlilovun SİA-ya müsahibəsi

-Yaradıcılığınızda hansı yeniliklər var?

- Bakını çox sevdiyim və bakılı olduğum üçün mahnı yazdırmışam. Daha bir bəstə üzərində çalışıram. Belə ki, musiqisi Tərlan Məmmədhüseynovundur. Lirik bəstəni noyabr ayında təqdim etməyi düşünürəm. Klip çədirməyi düşünmürəm. Bəlkə yeni albomum işıq üzü gördü. Əgər maddi imkanım yol verərsə, yeni diskimi dinləyicilərə təqdim edəcəm.

- Klip çəkdirməməyinizə səbəb nədir?

- Klip çəkdirməməyimə səbəb Azərbaycanda klip bazarının olmamasıdır. Ekran işini hansı kanala təqdim edirəmsə, kifayət qədər pul istəyir. Onu da deyim ki, Azərbaycanda albom bazarı da yoxdur. Disk satışının zəifləməsi hətta Türkiyə şou-biznesinə də təsir edir.

- Yeni duet oxumaq fikriniz varmı?

- Bu vaxtadək Emil Bədəlov və Niyam Səlami ilə duet oxumuşam. Amma bu dəfə Aysel Əlizadə ilə duet oxumaq istərdim. Bu istəyim adını çəkdiyim xanım həmkarım ilə qarşılıqlıdır.

- Məhz Aysel Əlizadə ilə duet oxumağınıza səbəb nədir?

- Çünki Ayseli çox istəyirəm.

-Bəlkə Aysellə duet oxumağınıza səbəb reper Qurdla ifa etdiyi duetin uğurlu olması olub?

- Xeyir. Əsla belə deyil. Qurdla səsləndirdiyi "Apar məni" dueti onlara çox uğur gətirdi. Dinləyiclər tərəfindən sevildi. Amma xüsusi ilə qeyd edim ki, Aysel xanımı sevənlər çoxdur. Kimisi onun görünüşünü, kimisi də səsini bəyənir.

- Bəzi həmkarlarınız kimi Türkiyə şou-biznesinə qoşulmaq fikriniz varmı?

- Məndən də məşhur olan həmkarlarım var ki, onlar qardaş ölkənin heç vaxt şou-biznes aləminə qatılmaq istəməyiblər. Türkiyədə özünü tanıtmaq çox çətindir. Çünki, orda sırf sənət var. Eyni zamanda işçi qüvvəsi olmalıdır ki, səviyyəli layihələr ərsəyə gətirə biləsən. Məsələn həmkarım Röya Ayxanı deyə bilərəm ki, qardaş ölkədə çox uğurlu işlər görüb. Günel Zeynalova da illərdir ki, qardaş ölkədə çalışır. İbrahim Tatlısəs olmasaydı Günel qısa zaman ərzində sevilə bilməzdi. Xüsusi ilə qeyd edim ki, Günel Azərbaycanda Röya qədər sevilmir. Röya bu işlərin hamısını tək başına edib.

- Röyayla duet oxuyardınızmı?

- Röyayla böyük məmnuniyyətlə birgə duet səsləndirmək istərdim. Röyanın özünü, sənətini çox sevirəm. Həmin xanım digər bəzi həmkarlarımdan fərqli olaraq səmimidir. O, xanımın insani keyfiyyətləri çoxdur. Amma Röyayla bir araya gəlsəm deyəcəklər ki, sözügedən sənətçiyə görə populyar oldu. Mənim üçün şou-biznesdə bir nömrə Röyadır.

- Yaşar, "Mənim üçün şou-biznesdə bir nömrə Röyadır" cümləsinə görə sizdən inciyə bilərlər..

-Bu mənim şəxsi fikrimdir. Tamaşaçı kimi onun mahnılarına sevə-sevə qulaq asıram.

Bütün xəbərlər Facebook səhifəmizdə