Xanəndənin xınası oldu FOTO

"Muğam müsabiqəsi"nin iştirakçısı, xanəndə Könül Tağıyevanın xına mərasimi olub. SİA-nın məlumatına görə, şəhər restoranlarının birində baş tutan gecəyə ifaçının yaxınları qatılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl K.Tağıyevanın qız toyu olmuşdu.

Qeyd edək ki, 1990 təvəllüdlü olan Könül Tağıyeva bu günə qədər bir çox beynəlxalq müsabiqələrin iştirakçısı olub. Sonuncu dəfə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən "Muğam 2007-2008" muğam müsabiqəsində iştirak edib və 8-ci yeri qazanıb.



Bütün xəbərlər Facebook səhifəmizdə