Tarkan gizli əməliyyat olundu

Monte-Karloda səhnəyə çıxmağa hazırlaşan Tarkan gizlincə əməliyyat olunub. SİA-nın verdiyi xəbərə görə, meqastar burnun içindəki ətlərdən narahatçılıq keçirdərək lazerlə əməliyyat etdirib. Əməliyyat əsnasında müğənninin yanında səs telləri mütəxəssisi də olub. Meqastarın xəstəxanada fərqli adla qeydiyyatdan keçdiyi iddia edilir. 15 dəqiqə davam edən əməliyyatdan sonra müğənni xəstəxanada iki saat saxlanılıb. Daha sonra evə buraxılıb.

Qeyd edək ki, hazırda dünya ulduzunun səhhətinin yaxşı olduğu deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə