"Şou-biznesdən uzaqlaşmışam"

Aparıcı Ramin İbrahimov şou-biznesdən uzaqlaşıb. SİA-ya bu haqda aparıcının özü danışıb: "Ailə qurduqdan sonra şou-biznes aləmindən tamamilə uzaqlaşdım. Artıq şəxsi biznesim var. Heç bir el şənliyini idarə etmirəm. Eyni zamanda aparıcılığın da daşını atmışam".

Qeyd edək ki, Ramin İbrahimov gəlinlik mağazası açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə