Gülnarə Xəlilova və Tünzalə Ağayeva bir arada FOTOLAR

Gülnarə Xəlilova və Tünzalə Ağayeva bir arada FOTOLAR

Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzi və 2014-cü ildə Norveçin ən yaxşı fotoqrafı seçilmiş Fariz Nadir milli geyimlərə həsr edilmiş layihəni reallaşdırmaqda davam edirlər. SİA-nın məlumatına görə, layihə çərçivəsində Avropada yayılacaq 3 dildə kataloq nəşr ediləcək.

Bu dəfə layihədə Azərbaycanın əməkdar aktrisası, I Avropa Oyunlarının ulduzlu səfiri, müğənni və bəstəkar Tünzalə Ağayeva iştirak edib. Obrazlar üzərində stilist-vizajist, milli mükafatların qalibi Səbinə İmanova işləyib.

Mərkəzin təsisçisi və direktoru, modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru G. Xəlilova bildirib ki, layihənin əsas məqsədi Azərbaycan milli geyiminin Avropada təbliğ edilməsidir. Layihədə tanınmış ictimai xadimləri, mədəniyyət, incəsənət və elm nümayəndələri, tanınmış şəxslərin uşaqları iştirak edirlər. Layihənin çəkilişləri Şirvanşahlar sarayı ərazisində, İçərişəhərdə aparılıb.

Qeyd edək ki, Norveçin "2014-cü ilin fotoqrafı" mükafatının sahibi, "Bilder Nordic School of Photography"nin məzunu 24 yaşlı Fariz Nadir Rzayev həmvətənimizdir. O, 8 ildir Norveçdə yaşayır və işləyir. F.Nadir bu ölkənin vətəndaşıdır. Fotoqraf bu layihənin reallaşdırılması üçün xüsusi olaraq Oslodan Bakıya gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə