İbrahimova bacıları şayiələrə son qoydu

İbrahimova bacıları şayiələrə son qoydu

Müğənni İradə İbrahimova və onun bacısı vizajist Nigar İbrahimovaya məxsus olan gözəllik salonu ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinə şikayət edilib. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu haqda məlumat verib.

Onun sözlərinə görə, Rəşid Behbudov küçəsində yerləşən salona müraciət edən müştəri 1000 manat qarşılığında saçını rənglətdirmək istəyib: "Təəssüf ki, son vaxtlar belə salonlarla bağlı şikayətlər artıb. "İN studio"ya müraciət edən müştəri Türkiyə vətəndaşı olan ustaya yönəldilib. Türk usta isə saç uzun olduğundan mərhələ ilə rənglənməni məsləhət görüb. Müştəri 3 ay ərzində hissə-hissə vəsait ödəyib. Beləliklə, 1000 manat ödəməklə saçını rənglətdirib. Lakin saçları yandırılıb, istədiyi rəng alınmayıb. İndi isə o, salon tərəfindən dəymiş zərərin ödənilməsini tələb edir".

E.Hüseynov deyir ki, salonlarda ödənilən vəsaitin müqabilində müştərilərə çek verilmir. Buna görə də müştərilər pulu geri ala bilmirlər: "Biz salonla əlaqə saxladıq. Lakin dedilər ki, türk ustanın həyat yoldaşı xəstədir deyə o, işə çıxmır. Artıq neçə vaxtdır telefonlarımıza da cavab vermirlər. Buna görə də nazirliyə müraciət edəcəyik. Bundan əlavə, Vergilər Nazirliyinə müraciət olunacaq".

Təşkilat rəhbəri qeyd etdi ki, salonun müğənni İradə İbrahimovaya və onun bacısına məxsus olduğu söylənilir.

Məsələ ilə əlaqədar olaraq Nigar İbrahimova ilə əlaqə saxladıq. SİA-ya danışan Nigar xəbərin kökündən yalan olduğunu deyib. Vizajist sözügedən gözəllik salonun ona və bacısı müğənni İradə İbrahimovaya aid olduğunu deyib.

Müğənni İradə İbrahimova da vizajist bacısı Nigar İbrahimova ilə birlikdə işlətdiyi gözəllik salonunun müştərini aldatması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib: "Qulağıma çatıb ki, mənim və bacımın adının altında, bizim məkanımız haqqında qara piar etmək istəyənlər var. İddia əsassızdır, belə bir hadisə olmayıb. Mən İstanbul kimi bir böyük şəhərdə salonlara gedirəm, amma heç orda belə bir qiymət yoxdur. Necə olur ki, Azərbaycanda 1000 manata boya xidməti olsun? Yazını oxuyan oxucu üçün bu rəqəm gülünc görünür. Heç bir salon 1000 manata saç boyamır. İnformasiyaya qətiyyən inanmasınlar. Bizim salona şou-biznesin tanınan, zövqlü xanımları gəlir. Orada baha qiymətə, yaxud keyfiyyətsiz iş görülsə, birinci oranı tərk edən onlar olardı. "İn studio" var olan gündən həmin xanımlarla bir ailəyə çevrilmişik. Heç kim "aldadıblar" sözün işlədə bilməz. Çünki işin məsuliyyətini dərk edirik. Nigar maddiyatdan öncə müştəriyə gözəllik bəxş etməyi düşünəndir. Ona görə də, beş adam içindən işinə, peşəkarlığına görə seçilir. Mənə elə gəlir ki, bu xəbəri yayan şəxslər mövzu ilə diqqət çəkmək istəyirlər. Əgər salon müştərini aldadırsa, bunun səsi-sorağı 15 illik fəaliyyəti dövründə çoxdan çıxardı. Bu gün geniş heyətlə və böyüdülmüş şəkildə fəaliyyət göstərməzdi".

Bütün xəbərlər Facebook səhifəmizdə