İradə İbrahimova ana olduqdan sonra

Bir müddət əvvəl ana olan müğənni İradə İbrahimovanın yeni fotoları yayılıb. SİA-nın məlumatına görə, şəkli ifaçının vizajist bacısı Nigar İbrahimova paylaşaraq, onun qısa vaxt ərzində necə arıqladığını vurğulayıb: "Bacımın dünənki toydan görüntüləri. 18 günlük ana olasan, arıq qalasan. Halaldı sənə".
Qeyd edək ki, Ceyhun İzər adlı iş adamı ilə ailə quran İradə İbrahimova İstanbulda yaşayır. Cütlüyün bir qız, bir oğlan övladı var. Sənətçi yeni doğulan oğluna Əli adını qoyub.


Bütün xəbərlər Facebook səhifəmizdə