Bu gün İkinci Muğam Müsabiqəsinin qalibi Aytən Məhərrəmovanın toyudur. Müğənninin sevib-seçdiyi Tofiq bəylə ailə həyatı qurub. SİA-nın məlumatına görə, açıqlama verən Aytən həyat yoldaşı ilə bir sinifdə oxuduğunu bildirib: "Orta məktəbdə bir oxumuşuq. Məktəbi bitirəndən 8 il sonra təsadüf nəticəsində qarşılaşdıq və münasibətimiz bir müddət sonra sevgiyə döndü".
Teleaparıcı Saleh Bağırovun idarə etdiyi toyda xalq artistləri Arif Babayev, Nəzakət Teymurova, Aygün Bayramova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, əməkdar artist Bəsti Sevdiyeva, aşıq Zülfüyyə, müğənnilər İlahə İbadova, Arzu Əliyeva və başqaları iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB