Uşaqlar üçün moda günü FOTOLAR

Azərbaycanda 6-12 yaş arası uşaqlar arasında moda günü keçirilib. SİA-nın məlumatına görə, "Neftçilər günü"nə həsr olunan tədbirdə şou-biznesin bir çox tanınmış simaları qatılıb. Onların sırasında müğənnilər Roza Zərgərli, Elnarə Xəlilova, Afaq Aslan, rəqqasə Fatimə Fətəliyeva və başqaları iştirak edib.

Moda günündə tanınmış dizaynerlər Alla Çamlıbel, Ella Bağırova, Nataliya Motorina, Tamilla Seyidova, Zamiq Cəfərli, Seid Seidov, Arzu Sadıqzadə, Gülüm Əsədullayeva, Fatimə Rzayeva, İlahə Həsənova, Pərvanə Abbasovanın uşaqlar üçün hazırladığı geyimlər təqdim olunub.

Gecədə rəqqasə Fatimənin "Banu studiyası", "Abşeron ritmləri" , "Aysel" rəqs qrupu, "Alfa" , "Grifon", Suada Ələkbərova və Rinat Əlimovun çıxışı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə