Çexiyanın və Azərbaycanın ən seksi aparıcıları görüşəcək. Bu barədə məşhur azərbaycanlı teleaparıcı Zemfira Adıgözəlova SİA-ya açıqlamasında deyib: "Çexiyaya işləməyə deyil, istirahətə gəlmişəm. Bilirsiniz ki, "Bacanaqlar" serialının yeni mövsümündə özümü aktrisa kimi də sınayıram. Serialın baş qəhrəmanı Elməddin Həcc ziyarətinə getdiyindən, serialın çəkilişlərinə 20 gün fasilə verilib. Fürsətdən istifadə edib, mən də istirahət üçün Çexiyaya yollandım. Burada təsadüfən NOVA TV telakanalının əməkdaşları ilə tanış olduq. Söhbət əsnasında bildim ki, onların da seksi aparıcısı var. Hətta bizi görüşdürmək istədilər. Alınsa, Çexiyanın ən seksi aparıcısı Azərbaycanın ən seksi aparıcısı ilə görüşəcək. Praqada olmadığından görüşümüz hələ ki, baş tutmayıb. Amma layihənin baş redaktoru ilə görüşüb, söhbətləşdik. Onlarla təcrübəmizdən danışdıq".
Teleaparıcı bundan başqa daha çox vaxtını mədəni istirahətə ayırdığını əlavə edib: "Praqa tarixi şəhərdir. Çoxlu görməli və gəzməli məkanları, tarixi abidələri var. Çalışacağam ki, Bakıya dönənədək şəhəri tam gəzim".
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB