Xeyli müddətdir gündəmdən kənar düşən müğənni Cavanşir Babəlioğlu fəaliyyətindəki durğunluqdan bəhs edib. Bir vaxtlar bəstələri ilə tanınan, daha sonra adını dəyişib, Caqa kimi müğənnilik fəaliyyətinə başlayan ifaçı hər şeyin maddiyatla bağlı olduğunu bildirib. SİA-ya danışan ifaçı bunları deyib: "Sənətdə pulsuz heç nə eləmək mümkün deyil. Yolumu bağlayanlara əhəmiyət vermədən sənətimdə nə isə iş görmək istədim, olmadı. Çünki davamını gətirmək üçün daha böyük işlər görmək lazım idi. Pulsuzluqdan heç nə eləmək olmadı. Sən demə şou- proqrama, toya pulu və bahalı maşını olanları çağırırlar. Qaldı ki, mən gündəlik toylarda oxuyan "sex müğənnisi" deyiləm. Daha doğrusu onu bacarmıram. Onu da deyim ki, 2-3 mahnın sevildikdən sonra onsuzda adın sənətkardır. Bu dünyanın hər yerində belədir. Yoxsa hansısa müsabiqədə və ya bu tip verilişlərdə çıxardıb səni 3-4 ay bağırdıb, sonra yola salırlar, nəticədə ortada qalırsan. Çox şükür Allahın məsləhətinə, doğma əzizlərimlə yaşayıram. Rahatam. Dostlarım var, arada onlarla görüşürəm. Arada gəzməyə çıxıram. Ac qalmırıq ki, Allah ruzi yetirir , yeyib içirik. Geyinib gəzirik. Şükrümüzü layiqincə edirik. Həyatımdan məmnunam. Allah hər kəsə hidayət, ağıl, sağlam can, uzun ömür, halal, ruzi-bərəkət bəxş eləsin, kömək olsun!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB