Abbas Bağırov əsəbləşdi "Ayıb olsun sənin kimi insana"

Abbas Bağırov əsəbləşdi "Ayıb olsun sənin kimi insana"

Əməkdar artist Abbas Bağırov əsəbləşib. SİA-nın verdiyi xəbərə görə, buna səbəb müğənninin sosial şəbəkədə ünvanına təhqir yazanlar olub. İfaçı elə onlara sosial şəbəkədə xəbərdarlıq edib: "Mənim səhifəmdə olan fotolara artıq söz yazanlara başqa cür cavab verəcəm. Əgər o da təsir etməsə, sizi yerin altından da olsa tapıb, üzünüzə iki kəlmə söz deyəcəm. Yenə də başa düşməsəniz, başqa cür davranacam. İki dəqiqəyə profil açıb, ağzına gələni yazır ki, hamı oxusun. Ayıb olsun sənin kimi insana. Heç kimi səhifəmi izləməyə məcbur etmirəm. Bu mənim profilimdir. İstəməyən izləməsin, amma yersiz, dəxlisiz sözlər yazmağa heç kimin haqqı yoxdur. Mən sakitəm deyə, o demək deyil ki, istənilən adam ağzına gələni danışa bilər. Sonuncu dəfə xəbərdarlıq edirəm: kimliyindən asılı olmayaraq, gedin öz problemlərinizi həll edin. İki dəqiqəlik profil açıb, başqalarının səhifəsində ağzınıza gələni yazmayın. Şərh yazmaq olar, amma təhqir etməyə heç kimin ixtiyarı yoxdur. Kim yersiz söz yazsa, cavabını artıqlaması ilə alacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə