Müğənni və teleaparıcı Vüsalə Rəcova müqəddəs Qurban bayramında savab iş görüb. SIA-nın xəbərinə görə,
müğənni humanist addım atıb. O, valideyn himayəsindən məhrum olan və ailə qurmağa hazırlaşan Cavid adlı gəncə maddi dəstək olub. Vüsalə Rəcova açıqlamasında bunları qeyd edib:
"Dünən verilişdə Cavidin ailə həyatı qurmaq istədiyini eşitdim. Müqəddəs Qurban bayramında onu sevindərməyə qərar verdim. Kiməsə yardım etmək üçün milyonçu olmaq önəmli deyil. Hər bir kəs xeyriyyəçiliyini büdcəsinə görə edə bilər. Əsas odur həyatda savab işlər görə bilək. Allah ürəyiaçıq, əliaçıq insanın ruzisini həmişə yetirir. Öz qarşımıza çıxmasa da, övladımızın qarşısına mütləq çıxacaq".
Vüsalə xanım Cavidin onu toyuna dəvət edəcəyi təqdirdə, məmnuniyyətlə iştirak edəcəyini bildirib. O, gənclərə öncə saf sevgi və eyni zamanda ruzi-bərəkət arzu elədi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB