Rejissor Kənan M.M.-in "Gecə qonağı" filminin qala gecəsi baş tutub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə sənət aləminin tanınmış simaları, aparıcılar iştirak edib. Film İlqar Fəhminin ssenarisi əsasında çəkilib. Ekran işində baş rolda yumorist Fərda Xudaverdiyev, rejissor Kənan M.M., aparıcı Kəmalə Piriyeva və aktrisa Pərvin Abıyeva rol alıb.
Kənan M.M.-də filmdə əsas rollardan birini canlandırıb. Ədalət və yaxud Ədiş – filmdə az görünsə də, Camalla Zaranın "tanışlığına" səbəb olan biridir. Ən vacib anlarda ortalığa çıxır, gedişatı dəyişdirir. Camalın nişanlısı rolunu Kəmalə Piriyeva canlandırıb. Sona qədər baş verənlərə hansı reaksiyanı verəcəyini təxmin etmək mümkün deyil.
Filmin bəstəkarı Nailə Mirməmmədlidir. Epizodlardan birində isə mərhum reper Hüseyn Dəryanın ifası da səsləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB