Tolik şou-biznesdəkiləri söydü FOTO

Tolik şou-biznesdəkiləri söydü FOTO

Prodüser Tolik şou-biznesdəki qruplaşmaları tənqid edib. SİA-nın verdiyi xəbərəgörə, prodüser xalq artisti Zeynəb Xanlarova ilə fotosunu paylaşaraq onun əsl sənətkar olduğunu vurğulayıb: "13 ildir şou-biznesdə fəaliyyət göstərirəm. Kimlərin üzünü gördüm: arxaca danışıb, üzə gülən, bu gün düşmənim, sabah dostum deyənləri... Xalq artistindən tutmuş, əməkdar artistinə qədər... Amma Zeynəb Xanlarova hər zaman böyüklüyünü saxladı. Nə bir maqazin verilişində görsəndi, nə bir sayta açıqlama verdi. Kiməsə söz atmadı. Onunla ilk dəfə görüşə gedəndə əllərim həyəcandan tərləyirdi. Bax budur sənətkar, xalqın sevgisi, hörməti. Yoxsa qruplaşma belə getdi, mafiya belə gəldi. İt belə gəldi, qurd belə getdi. Bəzilərinə hörmət edirəm deyə, elə bilirlər ki, dədələrinə borcum var. Amma artıq bəsdir, sizin qruplaşmanıza...".

Bütün xəbərlər Facebook səhifəmizdə